Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 01:36
Bakı. Trend:
"Tottenhem"in və İngiltərə milli futbol komandasının yarımmüdafiəçisi Dele Alli silahlı soyğuna məruz qalıb.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti bildirib.
Mənbəyə əsasən, soyğunçular gecə saatlarında oyunçunun evinə girib, bıçaqla hədələyib və üzünə vurublar. Evdə D.Alli özü, qardaşı və bir neçə nəfər olub.
Qeyd olunur ki, futbolçunun evi video nəzarət sistemi ilə təchiz olunub. Artıq araşdırmalara başlayan polisə müvafiq materiallar göndərilib.