Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 15:12
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Bundesliqada bu mövsümün qalan oyunlarını stadiondan izləyə bilməyəcək.
Qol.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qeyd olunub, hər matçda yalnız oynayan klubların işçiləri, liqanın nümayəndələri və televiziya işçiləri iştirak edə biləcəklər. Löv isə həmin şəxslər sırasında olmadığı üçün millidə oynamağa namizəd futbolçuların çıxışına stadiondan baxa bilməyəcək.
Xatırladaq ki, koronavirus səbəbindən Bundesliqanın oyunlarının azarkeşlər olmadan mayın 16-ı bərpasına qərar verilib.