Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əl-qolumu bağlayıb...” - Əri tərəfindən zəncirlənən qadından TÜKÜRPƏDƏN ETİRAF - VİDEO - FOTO

“Əl-qolumu bağlayıb...” - Əri tərəfindən zəncirlənən qadından TÜKÜRPƏDƏN ETİRAF - VİDEO - FOTO

Tarix: 14 May 2020 20:06

Sonxeber.net xəbər verir ki, ARB TV-nin "Elgizlə İzlə" verilişində həyat yoldaşı tərəfindən zəncirlənərək, işgəncə olunun qadın haqqında süjet yayımlanıb.

"Qoşulub qaçdığım üçün ailəm də məni dindirmirdi. Yoldaşımda arxayınlıq yarandı ki, kimsə gəlib-getməyəcək. Avaraçılıq etdi, həbsxanaya düşdü. 8il, 6ay həbs cəzası verildi. Mən də atamın evinə getdim. Həbsdən çıxdı məni və 2 uşağımızı götürüb yaşadığı kəndə gətirdi. Ev tikdik. Hər şey üstündə savaşmağa, zülm, işgəncə etməyə başladı. Qollarıma qaynar su töküb yandırıb, çəkiclə vurub. Uşaqları bir otağa salırdı, biz də keçirdik başqa otağa və başlayırdı. Əl-qolumu bağlayıb pol taxtası, dəmirlə vururdu. Boynumda zəncirlərin izi var. Həyətdə bağlayırdı, deyirdi ki, ürəyim belə istəyir. Valideynlərim də bu halımı görüb dedi ki, hər evdə söz-söhbət olur, get evinə. Mən də çıxıb sığınacağa gəldim".


Etiketlər:  qolumu bağlayıb Əri tərəfindən zəncirlənən qadından TÜKÜRPƏDƏN ETİRAF VİDEO FOTO


RƏYLƏR