Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 09:50
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmistan Qasımov idarə etdiyi "Vaz 21014" markalı avtomobillə 50-55 yaşlarında kişini vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.