Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 11:48
Mayın 4-dən icazə verilmiş xidmətlərdən icazə üçün cəmi 3 saat vaxt verilir".
Sonxeber.net xəbər verir ki, bunu Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.
Rəis müavini vaxt məhdudiyyətindən şikayət edən vətəndaşlara çıxış yolunu göstərib:
"Buna görə də gözəllik salonuna, ümumiyyətlə bərbərxanaya gedən hər bir şəxs - həm qadınlarımız, həm kişilərimiz qabaqcadan yazılı şəkildə növbə tutmalıdır və işlərini mərhələli şəkildə elə etməlidirlər ki, 3 saata bu işin öhdəsindən gəlsinlər. Məsələn, bir neçə iş görmək istəyirlərsə orada, bunu mərhələlərə bölmək olar, birini bu gün, birini sabah, birini bürüsüyün və s."
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunub.
Vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci kod üzrə icazə ala bilərlər. Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir.
Təhməz Təkin