Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 17:32
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri dünya ölkələrində səhiyyəyə xərclənən vəsaitin məbləğini hesablayıb.
Trend-in məlumatına görə, 2019-cu ildə dünyada anti-epidemioloji tədbirlərə 374 milyon dollar təşkil edib. 2020-ci ildə isə bu rəqəmin dəfələrlə artacağı gözlənilir.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, səhiyyə xərcləri ölkələr üzrə kəskin fərqlənir.
Belə ki, ABŞ, İsveçrə və Norveçdə adambaşı orta hesabla 8-9 min dollar xərclənirsə, Eritreya, Madaqaskar, Konqo Demokratik Respublikasında bu rəqəm 25 dolları keçmir.
Ümumi daxili məhsula nisbətdə tibbi xərclərə görə ABŞ liderlik edir. Bu ölkədə ÜDM-in 16,4 faizi səhiyyəyə xərclənir. Ən kiçik göstərici isə Venesuelada (2,2 faiz) qeydə alınıb.