Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 17:44
"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"da oynayan İbrahim Şehiç koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az xəbər verir ki, o, özünün "Feysbuk" hesabı vasitəsi ilə bu iddiaları təkzib edib: "Koronavirus? Bu, yalandır. Mən yaxşıyam".
Qeyd edək ki, "Erzurumspor"da 11 nəfərdə koronavirus aşkarlanıb, 72 nəfər isə karantinə alınıb.