Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 22:42
İvanovskiy əyalətinin məşhur professoru, topoqrafik anatomiya kafedrasının rəhbəri Qennadiy Yudin koronavirusdan özünün sağaldığını bəyan edərək, öz reseptini açıqlayıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkim metodu barədə belə yazıb:
"Mən virusoloq olmasam da, neçə illərdir tibdə külüng vururam. 30 ildir tibbi akademiyaya eəhbərlik etmişəm, əməkdar ixtiraçıyam. Mİnlərlə tələbəm var. Bu gün virusla döyüşən tələbələrimə və həkimlərə bu çətin dövrdə heç bir kömək edə bilmədiyimə görə bu yaşlı vaxtımda utanıram.
Qərara gəldim ki, beynimdə qalanları eşələyib, koronavirusun ürkən mərhələdə qarşısını almaq və məhv etmək üçün bir metod icad edim. Bu burun ciblərinin, boşluğunun yüksək temperaturda təmizlənməsidir. Yeni koronavirusun üzəri lipid yağ kimi qatla örtülüdür. O, 60 dərəcə temperaturda 10 dəqiqəyə ölür. İlk 4-5 sutkada ağız boşluğu və burun selikli qişasında yaşayır, ordan da sonra aşağı tənəffüs orqanlarına keçir.
Mən təklif edirəm ki, virusu elə ilk olduğu yerdə burun boğazda inaktivləşdirmək, yəni 80-90 dərəcə temperaturun təsiri ilə məhv etmək lazımdır. Bunun üçün çay sodası istifadə oluna bilər.
Metod aşağıdakı kimidir:
Küçədə olanlar, koronaiviruslu xəstələrdən, virus daşıyıcılarından kontakt nəticəsində hər kəs virusa yoluxa bilər.
1 litr suya 1 xörək qaşığı soda töküb, oda qoyub, qaynadılır. Qaynara düşən kimi, başına dəsmal atıb, bu suyun buxarında nəfəs alırsız, inhalyasiya edirsiz. Ağzınız açıq. Prosedur 12 dəq davam etməlidir. Az müddətdə etmək olmaz. Hər gün bunu evdə edin.