Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 18:03
Bakı. Samir Əli - Trend:
Bakının Sabunçu rayonunda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Trend-ə verdiyi məlumata görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, Sabunçu rayon Sabunçu qəsəbə sakini, 2015-ci il təvəllüdlü Bağırzadə Zəhra Rəsul qızı iyunun 4-də günorta saatlarında yaşadığı evdən itkin düşmüşdü. Azyaşlı iyunun 6-da tapılaraq ailəsinə təhvil verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin