Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kuril adaları yaxınlığında üç 4,3 bal gücündə zəlzələ baş verib

Kuril adaları yaxınlığında üç 4,3 bal gücündə zəlzələ baş verib

Tarix: 16 May 2020 06:52

Bakı. Trend:

Rusiyanın şimali Kuril (Saxalin əyaləti) və Cənubi Kamçatka bölgəsində üç 4,3 bal maqnitudasında zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geoloji xidmətinin Saxalin filialından xəbər verilib.

Birinci 4,3 bal maqnitudada olan yeraltı təkanın ocağının dərinliyi 130 kilometr, ikinci 4,2 bal maqnitudada olan seysmoloji hadisənin ocağının dərinliyi 63 kilometr və üçüncü 4 bal maqnitudada olan təkanın ocağının dərinliyi 176 kilometr dərinlikdə yerləşib.

Verilən məlumata əsasən dağıntı və xəsarət alanlar olmayıb. Sunami təhlükəsi elan edilməyib.


Etiketlər:  Kuril adaları yaxınlığında üç gücündə zəlzələ baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ