Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

LTE və “5G” routerlər bazarında ikirəqəmli artım proqnozlaşdırılır

LTE və “5G” routerlər bazarında ikirəqəmli artım proqnozlaşdırılır

Tarix: 16 May 2020 07:32

"IDC" tədqiqat agentliyinin analitikləri 2020-ci ildə LTE routerlərin satış həcmində ikirəqəmli artım və cari ilin ikinci yarısında ayrı-ayrı regionlarda kommersiya tətbiqinə başlanılacaq "5G" dəstəkli simsiz marşrutlayıcılara yüksək tələbatın olacağını proqnozlaşdırırlar.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2019-cu ildə "5G" və LTE marşrutlayıcı/şlüzlər bazarının həcmi 979,3 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilədək bu göstəricinin təxminən 3 milyard ABŞ dollarınadək artacağı gözlənilir.

Regional baxımdan Şimali Amerika istehlak yönümlü LTE routerlərin ən böyük satış bazarı olaraq qalacaq, ancaq Asiya-Sakit okean regionunda (Yaponiya daxil olmaqla) satış həcmi daha sürətlə artacaq. Bundan başqa, ABŞ və Avstraliya "5G" məhsullar üçün əsas sınaq məkanı olacaq.


Etiketlər:  routerlər bazarında ikirəqəmli artım proqnozlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ