Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 09:00
Bakıda yolda qazılan çuxurun qarşısında müvafiq nişanın olmaması bir neçə avtomobilə zərər vurub
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə "Şamaxinka" kimi tanınan ərazidə baş verib.
Vüsal Məmmədyarov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman qəfil yolun ortasındakı çuxura düşüb.
Sürücü APA-ya bildirib ki, nəticədə onun avtomobili yararsız hala düşüb. O, hadisə zamanı çuxurun qarşısında müvafiq nişanın olmadığını deyib.
Hadisə şahidləri bundan əlavə üç avtomobilin həmin çuxura düşdüyünü bildirib.
Sürücülərin şikayətindən sonra qazılmış çuxurun ətrafına "Azərsu" ASC-nin əməkdaşları tərəfindən çınqıl tökülüb. Sonra sözügedən yerin qarşısına xəbərdaredici nişan qoyulub.