Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Həbibi döyəndən sonra Konorla qarşılaşacağam" - Castin Qetji

Tarix: 16 May 2020 11:36

Mayın 10-da Ceksonvilldə keçirilən UFC 249 turnirində Toni Ferqyusonu yenərək yüngül çəkidə müvəqqəti çempion kəmərinə sahib çıxan Castin Qetji "The Score" saytına danışıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Ferqyuson üzərində qələbədən sonra yetərincə məşhurlaşan idmançı dağıstanlı Həbib Nurməhəmmədovla döyüşməyə hazır olduğunu növbəti dəfə bəyan edib:

"Mən bu döyüşü əməyimlə haqq etmişəm. Həbibi döyəndən sonra Konor Makqreqorla qarşılaşacam. Yaxşı pul qazanmaq istəyirəm".

Qeyd edək ki, UFC başqanı Dena Uayt Həbib Nurməhəmmədovla Qetjinin böyük ehtimalla, bu ilin sentyabrında üz-üzə gələcəyini söyləyib.

Milli.Az


Etiketlər:  Həbibi döyəndən sonra Konorla qarşılaşacağam Castin Qetji


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ