Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 12:00
"Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
71 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək. Xəstəxanadan çıxarkən açıqlama verən Cengiz özünü yaxşı hiss etdiyini bildirib. Onu əməliyyat edən həkim Uğur Türe isə klub prezidentinin çox ağır əməliyyat keçirdiyini söyləyib. Onun sözlərinə görə, Mustafa Cengizi bundan sonra kimyaterapiya mərhələsi gözləyir. O, pasientinin bunun da öhdəsindən uğurla gələcəyinə inamını ifadə edib.
Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub.