Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milli Şura'' bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmır

''Milli Şura'' bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmır

Tarix: 16 May 2020 14:57

Milli Şuranın Koordinasiya Mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün "Facebook" profilində yazıb.

Müsavat başqanı deyib: "Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür. Gizli yayım olsaydı belə, demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz.

Milli Şura rəhbərliyinin davranışlarına görə təhqir etdikləri bəzi tərəflərdən üzr istəmələrinə müsbət yanaşıram. İnanmaq istəyirəm ki, onların, xususilə Milli Şura sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq".


Etiketlər:  Milli Şura bəyan etdiyi demokratik dəyərlərə hormətlə yanasmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ