Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Eurovision-2021''nin hansı şəhərdə keçiriləcəyi məlum oldu

''Eurovision-2021''nin hansı şəhərdə keçiriləcəyi məlum oldu

Tarix: 17 May 2020 09:35

Avropa Yayım Birliyi "Eurovision" Beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Europe Shine A Light" xüsusi şousu zamanı xəbər verilib.

Daha sonra yayımçılar "Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021." loqotipi ilə videoçarxı nümayiş etdiriblər.

Xatırladaq ki, martın 18-də "Avroviziya 2020"nin (müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi) koronavirus pandemiyası (COVID-19) səbəbindən ləğv olunduğu elan edilmişdi. Daha sonra təşkilatçılar bildirdilər ki, iştirakçı ölkələr istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini əvəz edə və ya saxlaya bilərlər, lakin onlar artıq yeni kompozisiyalarla çıxış etməlidirlər.

Milli.Az


Etiketlər:  Eurovision 2021nin hansı şəhərdə keçiriləcəyi məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ