Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 20:16
Ölkədə olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən məlumatına görə, mayın 17-si saat 20:00-a olan məlumatına əsasən Bakı, Sumqayıt, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Nabranda yağış yağıb.
Qərb küləyi Naftalan, Neftçalada 26 m/s, Ağstafada 22 m/s, Göyçayda 21 m/s, Zərdab, Beyləqan, Ağdam, Cəfərxanda 20 m/s, Tərtər, İmişlidə 18 m/s, Sabirabadda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Qum adasında 26 m/s, Sumqayıt, Maştağa, Çilov adasında 22 m/s, Bakıda 20 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.