Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 11:18
"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya bundesliqasınını 26-cı turunda "Union"la matç zamanı etdiyi hərəkətlə diqqət çəkib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçu 89-cu dəqiqədə əvəzləndikdən sonra baş məşqçi Hans Flikə zarafat edib və onu təpiklə vurub.
Xatırladaq ki, bundesliqada əl sıxmağa koronavirus səbəbindən icazə verilmir.
Qeyd edək ki, sözügedən görüşdə lider Münhen klubu 2:0 hesabı ilə qalib gəlib və xalını 58-ə yüksəldib.