Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 13:16
Bakı. Trend:
Sloveniya ərazisində 50 nəfərdən çox olmayaraq şəxslərin toplanmasına icazə verilib.
Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin yeni qərarında deyilir.
Yeni qərara əsasən, kütləvi toplantılar zamanı sosial məsafə saxlamaq və maska taxmaq qaydalarına əməl olunmalıdır. Sloveniyada kütləvi tədbirlərin keçirilməsi mart ayında, karantin rejimi elan olunarkən qadağan edilib.
Xatırladaq ki, ötən həftə, Sloveniyanın baş naziri Yanez Yanşa ölkədə koronavirus epidemiyasının başa çatdığını elan edib. Bu günədək ölkədə 1 466 nəfər virusa yoluxub, 104 nəfər isə ölüb.