Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 17:30
Bakı. Samir Əli - Trend:
Rayonlara gediş-gəliş məsələsi sanitar-epidemioloji vəziyyətdən asılıdır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, mütəxəssislər nə vaxt gediş-gəlişin təhlükəli olmadığını desələr, o vaxt da bu barədə məsələyə baxılacaq: "Hələ ki mütəxəssislər vəziyyəti qiymətləndirir və rayonlara gediş-gəlişin başlanması barədə müsbət rəy verməyib.
Biz iyun-iyul ayı ərzində toyların olub-olmayacağı barədə söz deyə bilmərik. Bu gün şadlıq evlərinin açılması vəziyyətə uyğun deyil. Əgər mütəxəssislər vəziyyəti qiymətləndirib şadlıq evlərinin açılmasını münasib bilsələr, o vaxt da qərar veriləcək".