Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 17:56
Bakı. Samir Əli - Trend:
Vətəndaşlar çağırışlara əməl etdiyi üçün başqa ölkələrlə müqayisədə bizdə yoluxma çox aşağı oldu.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, intizamlı vətəndaşların əksəriyyəti xüsusi qaydalara əməl ediblər: “Azərbaycanda koronavirus olmasına inanmayanlar və qaydalara əməl etməyənlər azdır. Vətəndaşlar çağırışlara əməl etdiyi üçün başqa ölkələrlə müqayisədə bizdə yoluxma çox aşağı oldu. Bizdə vəziyyət başqa ölkələrlə nosbətdə çox yaxşıdır".
İ.Məmmədov bildirib ki, sağalan adamlarla mətbuat konfransı keçirmək məsələsinə gəldikdə isə bu bizim səlahiyyətimizdə deyil. Bu onların şəxsi qərarıdır, istəsələr müsahibə verə bilərlər, amma Operativ Qərargah onları bu işə sövq edə bilməz.