Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 22:50
Əməkdar artist Rəhman Rəhmanovun səhhətində yenə problem yaranıb.
Sonxeber.net Axşam.a-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" verilişində danışıb. R.Rəhmanov bildirib ki, karantindən sonra xaricə müalicəyə gedəcək.
O, onikibarmaq bağırsağında yenidən şiş yarandığını açıqlayıb:
"Onikibarmaq bağırsağımda daş var idi, onu götürdülər. Amma indi yenə əmələ gəlib. Karantin bitəndən sonra xaricə müalicəyə gedəcəm.
İndi hiss edirəm ki, əvvəlki vəziyyətə qayıtmışam. Yeyəndə, içəndə o ağrıları yaşayıram. Hələ həkimə getməmişəm. Dərmanla məni saxlayırlar. Kimyaterapiya da hələ məsləhət görülməyib. Qorxmuram, yaşadığım qədər yaşamışam, işləmişəm. Nə olacaqsa olacaq. Bu ağrı, xəstəlikdənsə, yaşamamaq yaxşıdır".