Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 16:58
"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş klubunun yeni müqavilə təklifini rədd edib.
Qol.az "L'Equipe"yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 2021-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini yeniləmək istəməyib. Nəşr onun bu yay klubdan ayrıla biləcəyini yazıb.
Qeyd edək ki, Villaş- Boaş ötən ildən Fransa təmsilçisini çalışdırır. Onun adı "Monako" ilə hallanır.