Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu - 1 nəfər vəfat etdi, 143 pasiyent sağaldı

Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu - 1 nəfər vəfat etdi, 143 pasiyent sağaldı

Tarix: 19 May 2020 18:24

Azərbaycan Respublikasında 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sonxeber.net-a Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2198 nəfər müalicə olunaraq sağalmış, 41 nəfər vəfat etmiş, 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılmışdır.


Etiketlər:  Azərbaycanda daha nəfər koronavirusa yoluxdu nəfər vəfat etdi pasiyent sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ