Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib

Azərbaycanda ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib

Tarix: 19 May 2020 20:58

Azərbaycanda ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə mayın 19-da dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə keçirilən videokonfrans formatında müşavirədə deyilib.

Müşavirədə son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-nin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edildiyi bildirilib. 

Milli.Az


Etiketlər:  Azərbaycanda ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ