Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 12:32
Azərbaycana çarter reysləri ilə qaytarılan şəxslər müəyyən müddətdə karantinə yerləşdirilir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları ölkəyə gətiriləndən sonra səhhətləri diqqətdə saxlanılır:
"Onlara tibbi xidmətlər göstəriləndən sonra cəmiyyətə inteqrasiya olunurlar. Karantindən sonra da həmin şəxslərin sağlıq durumları nəzarətə götürülür".