Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəsiri olan tələbələr üçün qoyulan məhdudiyyət aradan qaldırılıb

Kəsiri olan tələbələr üçün qoyulan məhdudiyyət aradan qaldırılıb

Tarix: 20 May 2020 14:15

Bakı. İlhamə İsabalayeva – Trend:

Əgər tələbənin bir və ya bir necçə fəndən akademik borcu yaranarsa, ona təkrar imtahan vermək üçün şərait yaradılacaq.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov bildirib.

Onun sözlərinə görə, əvvəl sessiyanın sonunda tələbəyə kəsiri olan maksimum 2 fənn üzrə təkrar imtahanda iştirak etmək imkanı verilirdi:

“ Tələbə bu imtahanları növbəti semestr başlayana qədər verməli idi. Yəni, tələbənin yay sessiyasında kəsiri olurdusa, ona sentyabrın 15-dək şərait yaradılırdı ki, 2 fənn üzrə imtahan versin”.

Y.Ömərov əlavə edib ki, Nazirlər Kabinetinin son qərarları isə bu məhdudiyyət aradan qaldırılıb:

“Tələbənin, 3-4 fəndən də kəsiri olarsa, o, həmin fənlərdən təkrar imtahanlarda iştirak edə biləcək. Əlavə olaraq, tələbənin daha aşağı kurslardan da kəsiri qalıbsa, həmin fənlər üzrə də təkrar imtahanlarda iştirak edə bilər. Amma burada limit var. Tələbə əlavə olaraq, iki fənn üzrə təkrar imtahanlarda iştirak edə biləcək".

Y.Ömərov qeyd edib ki, tələbə təkrar imtahanlarda ödənişsiz olaraq, iştirak edə biləcək: "Burada fənn sayı ilə bağlı heç bir limit yoxdur. Tələbənin imtahan sessiyasında 1 və ya 6 fənn üzrə kəsiri yaranıbsa, onların hamısı üzrə ödənişsiz olaraq, təkrar imtahan verə biləcək. Tələbə üçün bu şərait sentyabrın 15-dək yaradılacaq".


Etiketlər:  Kəsiri olan tələbələr üçün qoyulan məhdudiyyət aradan qaldırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ