Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çox əsəbiləşmişdim, şüşəni çəkəndə gördüm Ronaldudur'' - Merih Demiral

''Çox əsəbiləşmişdim, şüşəni çəkəndə gördüm Ronaldudur'' - Merih Demiral

Tarix: 20 May 2020 18:50

"Yuventus"un türk futbolçusu Merih Demiral komanda yoldaşı Kriştianu Ronaldu barədə xatirəsini bölüşüb.

Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, reklam siması olduğu şirkətin "Youtube" kanalında qonaq olan 22 yaşlı müdafiəçi "hansı futbolçu ilə rəqib olmaq istəməzdin?" sualına "Belə biri var, ancaq eyni komandada oynadığımız üçün sıxıntı yoxdur. Ronaldo ilə qarşılaşmağı heç istəməzdim" deyə cavab verib.

Demiral daha sonra ulduz futbolçu ilə yaşadığı bir hadisəni bölüşüb: "Bir gün məşqə gedərkən arxadan gələn avtomobil rahatsız edəcək tərzdə işığı yandırıb söndürürdü. Türkiyədə belə hərəkətlər yanlış anlaşıldığı üçün, mən də normal olaraq, çox təəccübləndim. Svetaforda dayandıq. Şüşəni aşağı çəkdi, Ronaldo idi. Çox əsəbi idim, onu görəndə təəccübdən nə edəcəyimi bilmədim. Hələ də bununla bağlı zarafat edirik".


Etiketlər:  Çox əsəbiləşmişdim şüşəni çəkəndə gördüm Ronaldudur Merih Demiral


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ