Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 21:42
"Çelsi" hücumçusu Olivye Jiru və Villi Kabalyero ilə yeni müqavilə imzalayıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, hər iki oyunçu ilə bu yay başa çatacaq müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna kimi uzadılıb.
Qeyd edək ki, 33 yaşlı Jiru 2018-ci ildə "Arsenal"dan "Çelsi"yə transfer olunub. O, indiyə kimi 76 matçda 21 qol vurub. 38 yaşlı Kabalyero isə 2017-ci ildə "Mançester Siti"dən London təmsilçisinə keçib.