Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada ixracatın həcmi son 10 ildə rekord dərəcədə düşüb

Yaponiyada ixracatın həcmi son 10 ildə rekord dərəcədə düşüb

Tarix: 21 May 2020 07:44

Bakı. Trend:

Yaponiyanın maliyyə nazirliyi aprel ayında ölkə ixracatının koronavirus pandemiyasl səbəbi ilə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azaldığını açıqlayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu Yaponiya iqtisadiyyatının qlobal maliyyə böhranının təsiri altında olduğu 2009-cu ilin oktyabr ayından indiyədək ən böyük azalmadır.

Bildirilir ki, göstərilən müddətdə ixracat həcmi 5,202 milyard yen (48 milyard dollardan çox) təşkil edib. Bu göstərici son 17 ayda azalmağa davam edir.

Eyni ayda Yaponiyanın idxalı bir il əvvəlki ayla müqayisədə 7,2 faiz azalaraq 6,132 milyard iyenə (57 milyard dollara yaxın) düşüb. Bu göstəricinin azalması isə son 12 ay davam edir.

Mayın 18-də Yaponiya hökuməti hazırkı iqtisadi dinamikada ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2020-ci ilin sonuna qədər 3,4 faiz azala biləcəyini proqnozlaşdırıb. Birinci rübdə Yaponiyanın ÜDM-nin azalması 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 0,9 faiz olub.


Etiketlər:  Yaponiyada ixracatın həcmi ildə rekord dərəcədə düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ