Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mənzilləri qarət edən gənc qız yaxalandı

Bakıda mənzilləri qarət edən gənc qız yaxalandı

Tarix: 21 May 2020 09:27

Bakı. Samir Əli - Trend:

Bakıda gənc qız mənzil qarət edib.

Trend-in məlumatına görə, hadisə mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. Naməlum şəxs qəsəbə sakini İmran Abbasova məxsus mənzildən min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.

Həmçinin mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda mənzilləri qarət edən gənc qız yaxalandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ