Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 15:48
Bakı. Trend:
Hindistan və Banqladeşdə davam edən “Amfan” qasırğası nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.
Trend-in məlumatına görə, qasırğa hazırda Butan istiqamətində hərəkət edir. Onun gücünün azalmağa doğru getdiyi deyilir.
Qasırğa Hindistanın Kəlküttə şəhərində böyük fəsadlara səbəb olub. 14 milyon sakin işıqsız qalıb, küçələri su basıb və çoxlu sayda ağac qırılıb.
“Amfan” qasırğası Benqal körfəzində 1999-cu ildə Orissa sahillərində 9 mindən çox insanın həyatına son qoyan qasırğadan sonra dağıdıcı gücünə görə ikinci qasırğadır.