Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 20:44
Topaz Premyer Liqasının 25-ci turunda "Sabah”la oyunun əvvəllərində zədələnərək əvəzlənən Kirilo Petrovun vəziyyətinə aydınlıq gəlib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə 3 həftə müalicə olunacaq. Bu isə o deməkdir ki, onun üçün bu mövsüm artıq başa çatıb. Beləliklə, Petrov ölkə çempionatında "Sumqayıt" (27 aprel), "Qəbələ" (5 may) və "Qarabağ"la (11 may) görüşləri buraxacaq.
Qeyd edək ki, Kirilo Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.