Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 15:54
Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu, M.Məmmədzadə küçəsi ev 164 qarşısında şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Rəsulov naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs onu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.