Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 19:16
19:15
Mili.Az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, həmin həkim Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı Sürət Abbasovdur. Müalicə olunmasına baxmayaraq həkim Bakıdakı ixtisaslaşmış tibb müəssisələrinin birində ölüb.
---------
17:12
Bu gün Azərbaycanda koronavirusdan ölənlərin sayı 2 nəfər olub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı keçirilən brifinqdə TƏBİB-in rəhbəri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, vəfat edənlərdən biri cərrah olub. 1962-ci il təvəllüdlü həkimin şəkərli diabet və digər xəstəlikləri olub.
Ramil Bayramlı deyib ki, yoluxma nəticəsində onun ağ ciyərləri sıradan çıxıb və həyatını xilas etmək mümkün olmayıb. O vurğulayıb ki, bununla da Azərbaycanda koronavirusdan ölən tibb işçilərinin sayı 4-ə çatıb.