Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ötən həftə yoluxma hallarında pik dövr yaşanıb'' - Ramin Bayramlı

''Ötən həftə yoluxma hallarında pik dövr yaşanıb'' - Ramin Bayramlı

Tarix: 22 May 2020 17:42

Ötən həftə yoluxma hallarının pik dövrü yaşanıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son həftə ərzində mayın 16-da 158 nəfərdə yoluxma halı qeydə alınmaqla, pik dövr yaşanıb:

"Ötən həftə 755 nəfərdə yoluxma halı olub. Bu həftə isə 581 nəfərdə yoluxma aşkar edilib. Biz hələ də yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük".

R.Bayramlı qeyd edib ki, qətiyyən arxayınlaşmaq olmaz. Qoyulan qaydalar əməl edilməlidir:

"Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək olmaz. Növbəti həftədə sağalanların sayının daha çox olacağını gözləyirik".


Etiketlər:  Ötən həftə yoluxma hallarında dövr yaşanıb Ramin Bayramlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ