Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Samsung Terrace” seriyalı televizorlar açıq məkanda istifadə edilir

“Samsung Terrace” seriyalı televizorlar açıq məkanda istifadə edilir

Tarix: 23 May 2020 07:12

"Samsung Electronics" şirkəti məxsusi olaraq açıq məkanlarda istifadə üçün layihələndirilən "Terrace" seriyalı televizorlar, eləcə də "Terrace Soundbar" adlı müvafiq səs paneli təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "4K QLED TV" qurğularına aid yeni televizorların təsvir ölçüsü 3840 × 2160 piksel təşkil edir. Alıcılara seçim üçün 55, 65 və 75 düym diaqonallı versiyalar təklif olunacaq.

Televizorlar "IP55" standartı üzrə rütubət və toza qarşı davamlıdır. Korpusun qalınlığı 59,8 millimetrə bərabərdir. Displey antibakterial örtüyə malikdir, parlaqlıq 2 min kandel/kvadratmetr (kd/m2) təşkil edir.

Yeni TV modelləri "Wi-Fi" və "Bluetooth" modullarını dəstəkləyir ki, bu da simsiz rabitə vasitəsilə "Terrace Soundbar" səs sistemi və müxtəlif mobil qurğularla məlumat mübadiləsinə imkan verir.

İstifadəçilər səsli yardımçı funksiyalar, o cümlədən "Bixby" və "Amazon Alexa" ilə işləyə biləcəklər.

"Terrace" seriyalı televizorların müxtəlif bazarlarda, o cümlədən Avropada satışa çıxarılması planlaşdırılır. Yayda TV panellərinin biznes istifadəçiləri üçün versiyalarının nümayişi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Samsung Terrace seriyalı televizorlar açıq məkanda istifadə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ