Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 14:06
Dünyanın əksər ölkələri kimi Azərbaycan da karantin rejimini yumşaltmaqdadır və iyunun 1-dən etibarən məhdudiyyətlərin daha bir qisminin götürüləcəyi, iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcəyi gözlənilir. Karantin rejiminin yumşalması koronavirusa yoluxma riskini də təbii ki, artırır və bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah əhalini maska taxmaq, sosial məsafəni gözləməklə yanaşı iş yerlərində, kafe və restoranlarda, ictimai nəqliyyatda xüsusi qaydalara əməl etməyə çağırır.
Bəs avtobus dayanacağında asqıran şəxs başqasını koronavirusa yoluxdurmaq üçün nə qədər təhlükəlidir? Restorana getməyə dəyərmi? Bəs, ictimai nəqliyyatdan istifadə doğrudanmı yüksək risklə müşaiyət olunur?
Sonxeber.net bildirir ki, ABŞ-ın Dartmouth şəhərindəki Massachusetts Universitetinin dosenti, immunoloq Erin Bromage Covid-19 infeksiyasına yoluxma təhlükəsini necə azaltmaq barədə BBC-yə danışıb. Doktor Bromage yoluxucu xəstəliklərin epidemiologiyası mövzusunda dərs keçir və yarandığı andan mövcud pandemiyanın inkişafını yaxından izləyir.
O, konkret bu xəstəlik üzrə mütəxəssis olmaqdan daha çox elmi biliklərin təcrübəli təbliğatçısıdır. Alimin koronavirusla əlaqəli risklər haqqında bloqunu təxminən 16 milyon insan oxuyub. O, qismən də olsa normal həyata qayıtma zamanı bəzi şeylərə əməl etməyi məsləhət görür.
Virusa harada yoluxmaq olar?
Dr. Bromage deyir ki, insanların çoxu virusa digər ailə üzvlərinin onlara virus keçirməsi ilə yoluxur. Bəs evdən kənarda? Biz gündəlik park gəzintisi zamanı özümüzü riskə atırıqmı? Bax elə bu maskasız qaçmağa çıxan düşüncəsiz adam mənə xəstəlik keçirə bilərmi?
"Çətin ki", - professor deyir. "Virus açıq havada məhdudiyyətsiz ölçüdə püskürtülür, insan nəfəsi çox tez yox olur". Bu, o deməkdir ki, böyük ehtimal ki, sizin virus dozanız yoluxmaq üçün kifayət etməyəcək.
"Xəstələnməyiniz üçün sizin orqanizminizə infeksiya dozası dediyimiz - SARS-CoV-2 virusunun minlərlə hissəcikləri olmalıdır. Bu qiymətləndirmə MERS və SARS viruslarının araşdırılması zamanı götürülən dozaya əsaslanır", - o, bloqunda yazıb.
Burada əsas odur ki, siz virusa yoluxmaq üçün kifayət edən dozanı bir neçə yollarla yığa bilərsiniz. "Bir nəfəsdə virusun min hissəciyi və ya on nəfəsə hər dəfə yüz hissəcik və ya yüz nəfəsə hər dəfə on hissəcik. Bu hallardan hər hansı biri yoluxmaya gətirib çıxara bilər", - Dr Bromage izah edir.
Virus simptomları olan insanlar
"Öskürək və asqırıq, həqiqətən də, virusu yayır, amma müxtəlif cür. İnsan öskürərkən havaya 80 km/saat sürətlə üç minə yaxın kiçik damcı buraxır", - Dr Bromage deyir. Onların çoxu öz ağırlığına görə yerə düşəcək qədər böyükdür, lakin bəziləri havada uça və otağın əks istiqamətinə çata bilər. Əgər liftdə getdiyiniz insan öskürək əvəzinə asqırırsa, risk 10 dəfə artır.
Asqırarkən insan havaya 320 km/saat sürətlə 30 min hissəcik buraxır, hətta onların ölçüsü nisbətən daha kiçik olduğuna görə otağın uzaq hissəinə rahatlıqla gedib çata bilirlər.
Simptomsuz yoluxdurucular
Biz bilirik ki, virusa yoluxandan ilk beş gün müddətində insanlarda simptomlar olmur, bəzilərində hətta daha virusun əlaməti heç olmaya və ya daha sonra ola bilər.İmmunoloq deyir ki, əgər araşdırmalar düzdürsə, deməli siz virusa yoluxmaq üçün tələb olunan dozanı toplamaq üçün Covid-19 daşıyıcısının 50 dəqiqə ərzində havaya buraxdığı bütün hissəcikləri içinizə çəkməlisiniz.
Nəticə etibarilə, demək olar ki, eyni otaqda olduğunuz insan asqırmır və öskürmürsə, yoluxma riski elə də böyük deyil. Bununla yanaşı, evdən kənarda virusa yoluxma hallarının çoxu virus simptomları olmayan insanlarla qurulan əlaqələrin nəticəsində baş verir.
Hansı yerlər daha təhlükəlidir?
Əlbəttə ki, virusa yoluxma riski ilə ən çox üz-üzə qalanlar peşələrinin tələb etdiyi üzrə insanlarla ən çox ünsiyyət quranlardır. Doktor Bromage təhlükəli yerlərə həm də açıq ofis mühitini, idman və əyləncə tədbirlərini, qonaqlıqları, yas mərasimlərini və xor məşqlərini əlavə edir. Bütün bu hallarda insanların aralarında virus daşıyıcısı olduğu halda qapalı yerlərdə çox vaxt keçirdiyi üçün virusa yoluxma riski yüksəkdir.