Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yumurtanın ən böyük faydaları

Yumurtanın ən böyük faydaları

Tarix: 24 May 2020 22:42

Yumurtanın insan sağlamlığına faydaları saymaqla bitməz. Danimarka ekspertləri yumurtanın ən böyük və önəmli faydaları haqqında məlumat verib.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, Metabolism jurnalında dərc olunmuş məqalədə yumurtanın arıqlamaqda böyük rolu göstərilib. Araşdırmalar göstərib ki, arıqlamaq istəyənlər hər səhər yeməyində yumurta yedikdə gün ərzində daha az kalori qəbul edir və bu da onlara daha tez arıqlamağa yardım edir.

Yumurta əzələ kütləsinin artması və sağlamlığı üçün ən faydalı məhsullardan biridir. Bu haqda məlumat American Journal of Clinical Nutrition nəşrində dərc olunub.

Yumurta beyinin sağlamlığı və fəaliyyətini yaxşılaşdırır. Xolin və DHA ilə zəngin olan yumurta uşaqlarda beyinin normal inkişafı üçün olduqca faydalıdır.  

Hər gün 1 yumurta yemək ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Həmçinin bu qanda şəkərin səviyyəsini tənzimləməyə və şəkərli diabetin riskini azaltmağa da kömək edir. Bu haqda Molecular Nutrition and Food Research nəşrində məlumat verilib.


Etiketlər:  Yumurtanın böyük faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ