Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boğaz ağrısını SAĞALDAN BİTKİLƏR

Boğaz ağrısını SAĞALDAN BİTKİLƏR

Tarix: 24 May 2020 22:45

Boğaz ağrısı yemək yeyərkən, udqunarkən narahatlıq verən xəstəlikdir. Ən çox qış aylarında və mövsüm dəyişkənliyində rast gəlinən boğaz ağrısını sağalda biləcək təbii vasitələri təqdim edirik.

Milli.Az xəbər verir ki, boğaz ağrısı bədəndə olan bakteriyaların xəbərçisidir. Keçmiş zamandan bəri insanlar boğaz ağrısını gülxətmi çiçəyi, bal, limon vasitəsi ilə müalicə ediblər.

Gülxətmi çiçəyi bağaz ağrısını azaldaraq udqunmğa kömək edir. Maraqlısı budur ki bu bitkinin artıq dozasında belə toksin yoxdur. 

Ada çayı boğaz ağrısından başqa ifrat tərləməyə, xolestrol kimi xəstəliklərə də faydalı təsir göstərir. Hətta bəzi araşdırmalar ada çayının boğaz ağrısı spreylərindən daha təsirli olduğunu sübut etmişdir. 

Bal tək istifadə olunduqda belə boğaz ağrısı üçün təsirli vasitə olsa da digər qarışımlarla birlikdə gücünü daha da artırır. Lakin 1 yaşından balaca uşaqlar üçün bal məsləhət görülmür. 

Alma sirkəsi təbii vasitələr arasında ən məşhur boğaz ağrısı vasitəsidir. Tibbin atası sayılan Hipokrat belə boğaz ağrısı üçün ən təsirli vasitələrdən olan alma sirkəsini daha faydalı hesab edib. 

Duzlu su ilə boğazı qar-qara etmək demək olar ki hər kəsin bildiyi ən təsirli vasitədir. Duz qırtlaq bölgəsində toplanan suyu çəkərək boğaz şişkinliyini azaldır.

Avropada və Asiyada boğaz ağrısı üçün ən çox istifadə edilən bitki məhz biyan köküdür. Maraqlısı ondadır ki, biyan kökü aspirinlə eyni təsir qabiliyyətinə malikdir. Biyan kökü ən çox boğaz əməliyyatı keçirən xəstələrin ağrılarına daha tez təsir göstərir. Eyni zamanda limonu, zənzəfili, nanəni boğaz ağrısı üçün istifadə edilən təbii vasitə kimi göstərə bilərik. (ölkə.az)

Milli.Az


Etiketlər:  Boğaz ağrısını SAĞALDAN BİTKİLƏR


RƏYLƏR