Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə virusların toplandığı əsas NÖQTƏLƏR - SİYAHI

Evdə virusların toplandığı əsas NÖQTƏLƏR - SİYAHI

Tarix: 25 May 2020 19:12

Gündəlik fəaliyyət zamanı toxunduğunuz onlarla yer var. Daim istifadə olunan bu yerlər təmizlik zamanı unudulursa, viruslar, bakteriya və mikroblar çoxalmağa başlayır.

Sonxeber.net təmizlənməsi vacib olan yerlərin siyahısını təqdim edir.

Pəncərə tutacaqları

Xəstəliklərin qarşısını almaq üçün gün ərzində müəyyən fasilələrlə otağı havalandırmaq lazım olur. Bu səbəblə pəncərələri açarkən və bağlayarkən tutacaqlarla təmas yaranır. Onları hər gün antibakterial məhlulla silmək tövsiyə edilir.

Şkaf tutacaqları

Paltarınızı hər gün dəyişdiyinizi düşünsək, gün ərzində toxunduğunuz yerlərdən biri də şkaf tutacaqları olacaq. Tutacaqların üzərində bakteriyaların olduğunu nəzərə alaraq onları təmizləməyi unutmasanız yaxşı olar.

Sabun qabları

Əllərinizi təmizləmək üçün toxunduğunuz sabun dispenser başlığı virusların yaşaya biləcəyi yerlərdən biridir. Bu səbəblə vanna otağını təmizləyərkən sabun qablarını da silməyiniz məsləhətdir.

Elektrik yuvaları

Evdə yaşayan hər bir insanın gün ərzində ən azından bir dəfə toxunduğu elektrik yuvaları təmizlənməsi vacib yerlərdən biridir.

Kondisioner

Mütəmadi olaraq təmizlənməyən kondisionerin filtrində sağlamlığınız üçün təhlükə yarada biləcək mikroblar toplanır.

Qapı tutacaqları

Bir çox əlin toxunduğu qapı tutacaqları virus və bakteriyaların sığınması üçün uyğun nöqtədir. Onları gündəlik sirkə suyu və ya antibakterial bezlərlə silmək faydalıdır.

Texnoloji alətlər

İşinizi idarə etmək və ya əylənmək üçün kompüter, telefon, yaxud televizordan istifadə edirsiniz. Ancaq bu anda kompüter klaviaturasının, telefon ekranının və televizor idarəedicisinin təmiz olduğundan əmin olmalısınız. (publika.az)


Etiketlər:  Evdə virusların toplandığı əsas NÖQTƏLƏR SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ