Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 21:06
Mütəxəssislər deyirlər ki, infarkt zəlzələ kimidir - onu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Hətta ürəyindən heç bir şikayəti olmayan, özünü tam sağlam hiss edən insanlarda infarkt inkişaf edə bilər.
Təəssüf ki, son zamanlar həkimlər infarktın xeyli cavanlaşdığını müşahidə edirlər.
Hər bir insan ildən 1 dəfə profilaktik müayinədən keçməlidir. Digər müayinələr arasında EKQ-dan (elektrokardioqramma) keçmək də çox vacibdir. Bu sadə və çox da bahalı olmayan müayinə ürəyin vəziyyətini tam qiymətləndirməyə imkan verir.
Kardioloqların sözlərinə görə, bəzi az bilinən simptomlar var ki, onlar insanda infarktın yaxınlaşmasına işarə edə bilər. İnsanların əksəriyyəti bu simptomları bilmir, onlara fikir vermir və ya digər xəstəliklərlə əlaqələndirirlər. Lakin insan bu simptomlara vaxtında fikir verib həkimə müraciət etməklə hətta öz həyatını xilas edə bilər. Bu hansı simptomlardır?
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, bu mədə qıcqırması və gəyirmədır. Əgər bu simptomlar sizi tez-tez narahat etməyə başlayıbsa, vaxt itirmədən həkimə müraciət edin.
Hər bir insanda vaxtaşırı olaraq bu simptomlar əmələ gələ bilər. Lakin bu simptomların artdığını, daha tez-tez təkrar olunduğunu müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.