Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung şirkəti ABŞ-ın 5G smartfon bazarını zəbt etdi

Samsung şirkəti ABŞ-ın 5G smartfon bazarını zəbt etdi

Tarix: 26 May 2020 08:24

Bu yaxınlarda yayımlanan məlumatda hər üç 5G smartfondan birini Huawei şirkətinin istehsal etdiyi bildirilir. Çində isə şirkət sözügedən smartfon bazarının yarısından çox hissəsinə sahibdir. Dünyanın ən nəhəng smartfon bazarlarından biri olan ABŞ-da isə mənzərə tamamilə fərqlidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ-ın smartfon bazarında Samsung liderlik edir.

Strategy Analytics şirkətinin məlumatında qeyd olunur ki, cari ilin ilk rübündə ABŞ-da 5G smartfon bazarında 400 min cihaz satışa çıxarılıb. Bu göstərici ölkədəki ümumi smartfon bazarının 12%-ni təşkil edir.

Burada ən maraqlı mənzərə ölkədəki 5G telefon bazarının 94%-inin Samsung şirkətinin payına düşməsidir. Şirkətə məxsus Galaxy S20 + bazarın 40%-nə, Galaxy S20 Ultra 30%-nə, Galaxy S20 isə 24%-ə sahibdir.

ABŞ bazarının 5G smartfon istehsalına dair göstəricilərinə nəzər salsaq, yaxın gələcəkdə Samsung şirkətinin mövqeyinin dəyişməyəcəyini görə bilərik. Birincisi, ABŞ-da 5G smartfonları təklif edən Çin şirkəti yoxdur. İkincisi daha əlverişli olan Galaxy A51 5G və Galaxy A71 5G tezliklə ABŞ bazarına girməyə hazırlaşır.

Milli.Az


Etiketlər:  Samsung şirkəti ABŞ ın 5G smartfon bazarını zəbt etdi


RƏYLƏR