Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 11:27
Bakı. Ceyhun Ələkbərov - Trend:
Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada dünyasını dəyişənlərin 4-ü də hərbi qulluqçudur.
Məlumatı Trend-ə Müdafiə Nazirliyi təsdiqləyib.
XXX
10:33
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
XXX
09:53
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlardan üçü hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan biri, sürücü olduğu deyilən 1984-cü il təvəllüdlü Ramil adlı şəxsdir.