Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almeyda klubunu tərk edir

Almeyda klubunu tərk edir

Tarix: 26 May 2020 14:50

Millimizin futbolçusu Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubunu bu yay tərk edəcək.

Qol.az BƏƏ mətbuatına istinadən xəbər verir ki, Abu-Dabi təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqaviləninin müddətini uzatmamağa qərar verib. Bildirilib ki, R.Almeyda komandada ümidləri doğrultmayıb. Bu səbəbdən yayda klubdan ayrılacaq futbolçular sırasında onun da adı yer alıb.

Qeyd edək ki, qış fasiləsində "Qarabağ"dan  ayrılan Almeyda "Baniyas"la bu ilin iyununa qədər müqavilə imzalayıb.

 


Etiketlər:  Almeyda klubunu tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ