Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır - FOTO

Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır - FOTO

Tarix: 27 May 2020 07:46

Salyandakı Mir Əşrəf ağa məscidində 150 ildən çox yaşı olan nadir çıraq saxlanılır. Bu günümüzə kimi gəlib çatan bu nadir çıraq məscidə gələnlərin də böyük marağına səbəb olur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, uzunluğu bir metr, ağırlığı isə 70 kiloqram olan çıraq Rusiyada istehsal edilib.

Mir Əşrəf ağa məscidi 113 il bundan əvvəl xeyriyyəçi usta Hacı Tağı bəy tərəfindən tikilib istifadəyə verildikdən sonra bu çıraq məscidə bağışlanıb və ondan ötən əsrin 50-ci illərinə kimi istifadə olunub.

Çırağı neftlə doldurmaq üçün xüsusi qaldırıcı mexanizmdən istifadə edilib.

Yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, çıraqdan təkcə işıqlandırmada deyil, həm də istilik mənbəyi kimi də istifadə olunub. Qış aylarında məscid soyuq olduğundan çıraq aşağı salınar, bura gələnlər onun ətrafına toplaşarmışlar. Deyilənlərə görə, məsciddə buna oxşar kiçik həcmli bir neçə çıraq da olub.


Etiketlər:  Salyandakı Əşrəf ağa məscidində nadir çıraq saxlanılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ