Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstanda əhalini koronavirusdan qorumağın üsulunu tapıblar

Yunanıstanda əhalini koronavirusdan qorumağın üsulunu tapıblar

Tarix: 28 May 2020 05:28

Bakı. Trend:

Yunanıstanda iyunun 1-dən əhalini yeni növ koronavirusdan qorumaq üçün insanların vərəmə qarşı peyvəndlənməsinə başlanacaq.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, alimlər üçüillik araşdırmadan sonra sübut ediblər ki, vərəmə qarşı peyvənd respirator infeksiyaların inkişafı riskini 5 dəfə azaldır.

Mütəxəssislərin sözlərinə görə, bu tədbir koronavirus üzrə risk qrupunda olan vətəndaşları bu infeksiyadan qorumağa imkan verəcək.

Bildirilir ki, peyvəndləmə Dərman Vasitələri üzrə Milli Agentlik tərəfindən təsdiqlənib.

Qeyd edilir ki, Almaniya, Avstraliya və Niderlandda da müvafiq tədbir görüləcək.


Etiketlər:  Yunanıstanda əhalini koronavirusdan qorumağın üsulunu tapıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ