Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 08:48
Yapon kosmik yük gəmisi HTV-9 (Kounotori 9 - "Ağ leylək - 9") Beynəlxalq Kosmik Stansiyasına uğurla çatıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə NASA məlumat yayıb.
ABŞ seqmenti olan "Harmony" modulu ilə 12 tonluq kosmik yük gəmisinin birləşmə əməliyyatı ABŞ-ın Şərq Sahili vaxtı ilə səhər saat 10:46-da baş tutub. NASA əməliyyatın uğurla həyata keçdiyini təsdiqləyib.
"Kounotori-9" stansiyaya təxminən 4 ton yük, o cümlədən qida məhsulları, onlarla elmi tədqiqat üçün avadanlıq, materiallar və altı yeni güclü litium-ion batareyaları çatdırıb.