Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun uşaqlara gələcəkdə yaratdığı TƏHLÜKƏ - İnfeksionist AÇIQLADI

Koronavirusun uşaqlara gələcəkdə yaratdığı TƏHLÜKƏ - İnfeksionist AÇIQLADI

Tarix: 28 May 2020 13:22

"Karantin yumşaldıldı, çox yerlər açıldı. İnsanlar karantin rejiminin qaydalarına əməl etmirlər". 

Bunu Sonxeber.net-a açıqlamasında infeksionist Günay Məhərrəmova deyib.

O, yumşaldılmadan sonra yoluxmanın artmasını insanların məsuliyyətsizliyi ilə əlaqələndirib:

"Hamı uşağını götürüb parklarda, "Tarqovı"da, restoranlarda vaxt keçirir. Sosial məsafə gözlənilmir. Ona görə də ölkəmizdə yoluxma sayı üç rəqəmlidir, azalmır. Restoranlar axşam 6-a qədər işləyir. Bu o demək deyil ki, 6-a qədər koronavirus yoxdur, 6-dan sonra var. Virus həmişə var. Karantin rejimi təbii ki, yumuşaldılmalı idi. Birdən birə bu qədər qadağaların götürülməsindən sonra sadəcə insanlar özləri düşünməliydilər ki, karantin qaydalarına riayət etməliyik, kütləvi şəkildə şəhərə axın etməməliydik. Bulvarda da heç kəs maskadan istifadə etmir. Hətta artıq rayonlara da gedib gələnlər var. İnsanlar özləri də məsuliyyət daşımalıdırlar. Karantində gördük ki, yoluxma sayı bizdə nə qədər az idi. Dövlətimiz vaxtında lazımı tədbirləri gördü - vaxtında sərhədləri bağladı, məktəblər, universitetlər bağlandı. Sağ olsun dövlət başçımız ki, vaxtında bu tədbirləri gördü. Əks halda, dünyanın bir sıra nəhəng dövlətlərindəki dəhşətli statistika bizdə də təkrarlana bilərdi. Yavaş-yavaş qadağalar götürüldükdən sonra insanlar sağlamlıqlarını unutmağa başladılar. Amma insanlar özləri bu qaydalara riayət etməliydilər. Təbii ki, karantin rejimi yumşaldılmalı idi, belə qala bilməzdi".

İnfeksionist koronavirusun uşaqlara gələcəkdə yaratdığı təhlükədən də danışıb:

Hamı çıxır şəhərə, baxırsan ki, maska taxmırlar, əlcək taxmırlar, gigyenik qaydalara əməl etmirlər. Uşaqlar valideyinin gözü qarşısında yerə əl vurur, valideyin nəzarət etmir. Valideyin heç özünə nəzarət etmir. Bir də insanlarda bir az inam yoxdur. Uşaqlar əsas daşıyıcı rolunu oynayırlar. Amma yoluxanda uşaqda da onun fəsadları qalacaq. Koronavirus infeksiyasından sonra ağciyərlərdə, bu, çapık kimi ömürlük qalır. Bundan sonra uşaqlar çox həssas olacaqlar. Adi bir infeksiyada dərhal ağciyərlərə bir fəsad verə biləcək. Çünki istər-istəməz ora uşaqların ən həssas yeri olacaq. Məsələn, necə vərəm keçirmiş insanlarda ömür boyu çapıq qalır. Onların ciyərləri onların həssas nöqtələri olur. Adi bir soyuqdəymədən, infeksiyadan ağciyərə fəsad verə bilər. Hətta dünyada müşahidə edirik ki, koronavirusun səpgi, qızdırma, qaytarma kimi əlamətləri meydana çıxır". 

Təhməz Təkin


Etiketlər:  Koronavirusun uşaqlara gələcəkdə yaratdığı TƏHLÜKƏ İnfeksionist AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ