Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı Respublika Günü ilə bağlı təbrik edib

ABŞ Helsinki Komissiyasının sədri  Azərbaycanı Respublika Günü ilə bağlı təbrik edib

Tarix: 29 May 2020 09:15

Bakı. Trend:

ABŞ Helsinki Komissiyasının sədri, Konqresdə Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən Əlsi Heystinqz Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.

Trend-in məlumatına görə, konqres üzvü bəyanatında Müsəlman aləmində ilk dünyəvi demokratik dövlət olan və Sovet İttifaqının dağılması ilə yenidən müstəqillik qazanan Azərbaycanın regional sabitliyin qorunması və təhlükəsizlik sahəsində əməkdaşlıqda ABŞ-in tərəfdaşı olduğunu ifadə edib.

Ə.Heystinqz Azərbaycan və İsrail arasındakı dostluq əlaqələrini ön plana çəkərək təqdir edib, 30.000-dən çox yəhudinin doğma evi olan Azərbaycanın İsrailin etibarlı tərəfdarı olduğunu vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın regional təhlükəsizlik və sabitlik sahəsindəki rolu, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmaması, habelə ABŞ-ın Əfqanıstandakı qoşunlarına dəstəyi, BMT və NATO sülhməramlılarına töhfəsi vuğulanıb.


Etiketlər:  ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı Respublika Günü ilə bağlı təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ